BDU-da təlim: Yuxunun insan həyatındakı rolu
Bakı, 12 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Yuxunun insan həyatındakı rolu” mövzusunda təlim təşkil edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbir iştirakçılarına yuxularla bağlı elmi yanaşmalar, yuxu rejiminin pozulmasının insan psixologiyasına təsiri, yaratdığı fəsadlar barədə məlumat verilib. Yuxularla bağlı tarix boyu söylənmiş fikirlər, yuxu simvolları haqqında məlumatlar təhlil və müzakirə edilib. İştirakçılara bəzi universal simvolların mənaları izah olunub. Z. Freyd, K. Q. Yung və E. Fromm kimi alimlərin yuxularla bağlı fikirləri diqqətə çatdırılıb.
Təlimin sonunda həm yuxu, həm də nağıllardakı simvolların izahi ilə bağlı iştirakçılara əvvəlcədən göndərilmiş materiallar təhlil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]
Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
- 07.10.2026 [11:11]
AzTU rektoru Türkiyədə 2026–2027-ci tədris ilinin açılışında iştirak edib
- 07.10.2026 [11:04]