BDU-da Türk dünyasında transformasiya və inteqrasiya məsələlərinə dair beynəlxalq konfrans işə başlayıb
Bakı, 6 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) ev sahibliyi, Türkiyənin Ankara Hacı Bayram Vəli Universiteti, Girne Amerikan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Qarabağ Universitetinin tərəfdaşlığı ilə “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda “Türk dünyası inteqrasiya” adlı xüsusi panel iclasda müzakirələr aparılacaq. İclasda BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri, Milli Məclisin deputatı, professor Hicran Hüseynova, Girne Amerikan Universitetinin rektoru professor Serdar Yurtsever, Ankara Hacı Bayram Veli Universitetinin professoru Fırat Purtaş məruzə edəcəklər.
Günün ikinci yarısı və sabah gün ərzində Konfrans bölmələr üzrə fəaliyyət göstərəcək. Mayın 8-də konfransın onlayn bölmələri keçiriləcək.