BDU ilə Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakı, 12 fevral, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Özbəkistan Respublikasının Çirçik Dövlət Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, memorandumda hər iki universitetin nəzdində olan fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər memorandumda öz əksini tapıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Çirçik Dövlət Pedaqoji Universitetinin rektoru Qafurdjan Muhamedov imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [12:47]
Respublika Elmi-Texniki Kitabxanasının informasiya bülleteni nəşr olunub
- 12.02.2026 [12:29]
İstedadlı təhsilalanlar üçün eksternat imtahanın nəticələri açıqlanıb
- 12.02.2026 [12:21]
“Heydər Əliyev irsinin öyrədilməsi” dərsləri davam edir
- 12.02.2026 [11:50]
XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya çap olunub
- 12.02.2026 [11:39]