BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin mütəxəssisləri ARDNŞ-in Ekologiya İdarəsində olmuşlar
Bakı, 31 dekabr (AZƏRTAC). Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin əməkdaşları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində olmuşlar.
ARDNŞ-dan AZƏRTAC-a bildirmişlər ki, universitet nümayəndələrinə idarənin fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Qonaqlar Kompleks Tədqiqatlar Laboratoriyasına baş çəkmiş, buradakı avadanlıq və aparılan tədqiqat işləri ilə tanış olmuşlar.
Daha sonra görüş iştirakçılarının “Ekoloji park”a səfəri təşkil olunmuşdur. Qonaqlar park ərazisində həyata keçirilmiş yaşıllaşdırma işləri, alternativ enerji mənbələrindən istifadə, tətbiq olunan damcı suvarma sistemi, qapalı şitilxana və ekomərkəzin fəaliyyəti barədə geniş məlumatlandırılmışlar.
Görüşün sonunda BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin mütəxəssislərinin gələcəkdə Ekologiya İdarəsi ilə əlaqələrinin daha da genişləndirilməsi və tələbələrin idarədə təcrübə keçməsi, tətbiq olunan ekoloji layihələr haqqında məlumatlandırılması istiqamətində fəaliyyət planının həyata keçirilməsi haqqında razılıq əldə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]