BDU Türkiyənin Aksaray Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb
Bakı, 16 mart, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Aksaray Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Protokolu BDU-nun rektoru Elçin Babayev və Aksaray Universitetinin rektoru Yusuf Şahin imzalayıblar. Protokol çərçivəsində təhsilalanlar, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Qeyd edək ki, əsası 2006-cı ildə qoyulmuş Aksaray Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. 23 min tələbənin təhsil aldığı Aksaray Universitetində 12 fakültə, 3 institut, 17 araşdırma mərkəzi və 6 peşə kolleci fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:01]
Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində
- 09.10.2026 [16:44]
Tədqiqatlarda süni intellektin tətbiqi
- 09.10.2026 [16:37]
Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub
- 09.10.2026 [16:16]
Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO
- 09.10.2026 [15:38]
“Ədəbiyyat aləminə səyahət” - kitab sərgisi
- 09.10.2026 [15:35]