BDU və Türkiyənin Qara Dəniz Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Türkiyə Respublikasının Qara Dəniz Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planları və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Qara Dəniz Texniki Universitetinin rektoru Hamdullah Çuvalcı imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]
DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb
- 02.10.2026 [17:55]
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək
- 02.10.2026 [17:43]
Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər
- 02.10.2026 [17:37]