Bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisasları seçmək istəyən abituriyentlərin nəzərinə
Bakı, 4 iyun, AZƏRTAC
Həftəiçi günlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında abituriyentlərə ərizə qəbulu, qabiliyyət imtahanları və onlara qeydiyyatla bağlı texniki məsələlərdə dəstək göstərilir.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisasları seçmək istəyən abituriyentlər üçün elektron ərizə qəbulu, qabiliyyət imtahanları, imtahanlarda iştirak etmək üçün qeydiyyat prosesi və s. haqqında ödənişsiz texniki dəstək göstərilir.
Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftənin bazar ertəsindən cümə gününədək saat 10:00-17:00 arasında akademiyaya müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski prospekti, 98.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:38]
ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər
- 13.10.2026 [16:28]
Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış
- 13.10.2026 [16:17]
UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq
- 13.10.2026 [16:12]
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
- 13.10.2026 [14:21]
Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH
- 13.10.2026 [14:12]