Bədii gimnastika üzrə 4-cü “Ocaq” açıq birinciliyinə start verilib
Bakı, 4 aprel, AZƏRTAC
Bakı Olimpiya İdman Kompleksində bədii gimnastikası üzrə 4-cü “Ocaq” açıq birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda “Ocaq Sport” klubu, “İOEUG” gimnastika məktəbi, “Ocaq Sport” klubunun Hövsan bölməsi, “Şağan” OİK, “RKİM”, Su İdman Sarayı və “Zirə” Mədəniyyət Mərkəzi Ekoparkdan 182 gimnast medallar uğrunda mübarizə aparır.
İdmançılar balacalar (2017-2018-ci və 2014-2016-cı il), yeniyetmələr (2011-2013-cü il), gənclər (2009-2010-cu il) və qrup hərəkətləri (2017-2018-ci, 2014-2016-cı, 2013-2012-ci il) yaş kateqoriyaları üzrə mübarizə aparırlar.
Qeyd edək ki, yarışlar aprelin 6-dək davam edəcək.