BƏƏ sərmayəçilərə və istedadlara 10 illik viza tətbiq edəcək
Əbu-Dabi, 21 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri sərmayəçilərə, yüksək kvalifikasiyali mütəxəssislərə, o cümlədən həkimlərə, mühəndislərə və istedadlı tələbələrə 10 illik rezident vizası tətbiq edəcək. Bundan öncə BƏƏ-də rezident vizasının müddəti 3 il təşkil edirdi.
AZƏRTAC “Gulf News” nəşrinə istinadla xəbər verir ki, ölkənin vitse-prezidenti və Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum bunun ölkəyə sərmayələrin və yüksək kvalifikasiyalı mütəxəssislərin cəlb edilməsi üçün bir addım olduğunu deyib.
Həmçinin xarici sərmayəçilərə BƏƏ şirkətlərində 100 faiz pay sahibi olmaq icazəsi verilib. Bundan öncə bu hüquqa ancaq xüsusi azad iqtisadi zonalarda çalışan şirkətlər malik idi.
Yeni dəyişikliklər bu ilin sonunadək qüvvəyə minəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]
Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
- 08.10.2026 [15:31]