BƏHREYNİN KRALI ƏLAHƏZRƏT ŞEYX HƏMƏD BİN İSA AL XƏLİFƏYƏ
Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Bəhreyn arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı üçün qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı, 9 dekabr 2005-ci il.