BELARUS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALEKSANDR LUKAŞENKOYA
Belarus Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün Belarus xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, xalqlarımızın iradəsi ilə Azərbaycan-Belarus münasibətləri ənənəvi olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edərək regionumuzda sülhə, sabitliyə və tərəqqiyə xidmət göstərəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belarus xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun 2004-cü il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:58]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:12]
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO
- 28.09.2026 [10:58]