BELARUSDA KÜÇƏ HƏRƏKƏTİ QAYDALARINI POZAN PİYADALAR “DƏHŞƏT FİLMLƏRİ”NƏ BAXACAQLAR
Xalq arasında “dəhşət filmləri” adlandırılan belə filmləri “Təhlükəsizlik avtobusu”nda göstərirlər. Avtobus həftədə iki dəfə şəhərin küçələrinə çıxır. “Səyyar kinoteatr” hələlik yeganədir və avtomagistralların ən çox qəzalar baş verən sahələrində “keşik çəkir”.
Xüsusi avtobusda qəzaların qurbanları haqqında DAM və DİN əməkdaşlarının çəkdikləri 8 dəqiqəlik sənədli film nümayiş etdirilir. Yol-nəqliyyat hadisələrinin qurbanlarının əks olunduğu kadrlarla yanaşı, ağır qəzalarda xəsarət alanlarla, habelə sərxoş sürücülərlə müsahibələr də göstərilir.
Minskin avtomobil müfəttişləri əmindirlər ki, hüquq pozuntuları ilə mübarizənin belə üsulu paytaxt yollarında qəzaların azalmasına kömək edəcəkdir. Onların fikrincə, insan iztirablarına dair sənədli səhnələrə baxmaq yüksək məbləğdə cərimə ödəməkdən daha təsirli və faydalıdır. Hərçənd ki, Belarus paytaxtında belə pozuntulara görə cərimə də kifayət qədər böyükdür – küçəni qadağan edilmiş yerlərdən keçənlər təxminən 6 dollar cərimə olunurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]