Belçika paytaxtında fövqəladə hallarda məlumatlandırma sistemləri sınaqdan keçirilir
Brüssel, 3 oktyabr, AZƏRTAC
Bu gün Brüsseldə əhalinin fövqəladə vəziyyətlərdə məlumatlandırılmasına dair milli mexanizm sisteminin sınaqları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sınaqlar Milli Böhran Mərkəzinin elan etdiyi milli xəbərdarlıq sisteminin sınaq günü çərçivəsində xüsusi yaradılmış böhran vəziyyətlərinin idarə edilməsi strukturu tərəfindən təşkil olunur.
Mexanizm fövqəladə hallar zamanı sakinləri SMS, telefon zəngləri və e-poçt vasitəsilə məlumatlandırmağa imkan verir. Planlaşdırılmış yoxlamalar hökumətin hərəkətlərini təcrübədən keçirmək və onların mümkün təhlükələrə reaksiyasının effektivliyini artırmaq üçün lazımdır.
Sınaq zamanı “Lukoil Seveso” sənaye obyektinin yaxınlığında yerləşən Nider-Over-Hembek rayonunun sakinləri SMS mesajları alacaqlar. Mesajı alanlardan heç bir hərəkət tələb olunmur.
Bundan əlavə, xəbərdarlıqlar “STIB” və “Brussels Mobility” tərəfindən idarə olunan, tunellərin və bölgədəki əsas nəqliyyat qovşaqlarının yaxınlığında quraşdırılan elektron lövhələrdə nümayiş etdiriləcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:57]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]