Belçika şahzadəsində COVID-19 virusu aşkarlanıb
Bakı, 31 may, AZƏRTAC
Keçmiş Belçika kralı II Albertin nəvəsi və indiki kral Filippin bacısı oğlu - Belçika şahzadəsi İoaximdə koronavirus aşkarlanıb. Bir qədər əvvəl şahzadəni İspaniyanın Kordova şəhərində gecə əyləncəsində görüblər. Belçikanın kral sarayı İoaximin mayın 24-də işlə bağlı həqiqətən də İspaniyaya səfər etdiyini təsdiqləyib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, şahzadənin ispan qızı ilə uzunmüddətli münasibətdə olduğu söylənilir. İspan mətbuatı şahzadənin mayın 27-də şəxsi gecə əyləncəsində göründüyü barədə yazır. Bundan əlavə, gecədə 27 nəfərin iştirak etdiyi bildirilir ki, bu da karantin rejiminin qaydalarına ziddir. Lakin Belçika mətbuatı şahzadənin mövcud qaydaları pozmadığını və gecədə 10-12 nəfərin iştirak etdiyini bildirir.
Kral sarayı xəstəliyin əlamətlərinin zəif olduğunu və şahzadənin həyatı üçün təhlükə yaratmadığını bəyan edib. Hazırda Kordovada həmin gecə ilə əlaqəsi olanların hamısı karantinə yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:59]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]