BELÇİKADA ERMƏNİLƏRİN TARİXƏN AZƏRBAYCANLILARA QARŞI SOYQIRIM CİNAYƏTLƏRİ İLƏ BAĞLI KİTAB NƏŞR EDİLMİŞDİR
Bundan əlavə, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Xocalı soyqırımı, digər qanlı cinayətlər barədə sənədli materiallar, 31 mart Azərbaycanlıların soyqırımı günü barədə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına müraciəti, Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının 59-cu sessiyasındakı çıxışı, Azərbaycandakı dini konfessiyaların başçılarının erməni işğalını pisləyən bəyanatları və s. sənədlər verilmişdir. Eyni zamanda, ermənilərin cinayətlərinin konkret faktlarla sübuta yetirilməsinə baxmayaraq dünya ictimaiyyəti, aparıcı beynəlxalq təşkilatların bu vəhşiliklərə göz yumması tənqid edilmişdir.
Ermənilərin və havadarlarının kəskin etirazına səbəb olmuş kitabın nəşri, eyni zamanda, Belçika Senatında “erməni soyqırımı”nın açıq danılmasına görə ölkənin cinayət məcəlləsinə əlavələrin edilməsi barədə ermənilərin səylərinin neytrallaşdırılmasında da əhəmiyyətli rol oynamışdır. Azərbaycan və türk diaspor təşkilatlarının apardığı məqsədyönlü təbliğat fəaliyyəti nəticəsində Sosialist Partiyası (frankofonlar) və digər nüfuzlu siyasi partiyalar erməni lobbisinin bu niyyətinin həyata keçirilməsinə mane olmuşdur. Əks təqdirdə, İsveçrədə və bir sıra digər dövlətlərdə olduğu kimi, Belçikada da “erməni soyqırımına” etirazını bildirən şəxslərə qarşı cərimə ilə yanaşı, altı aydan iki ilədək azadlıqdan məhrumetmə cəzası da tətbiq edilə bilərdi.
Hazırda Fuad Hümbətov və Mustafa Öztürk ermənilərin Azərbaycanda törətdikləri cinayətlər barədə növbəti kitab üzərində işləyirlər.