BƏLƏDİYYƏLƏRƏ DÖVLƏT YARDIMI
Ağstafa rayon Maliyyə İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayonun 24 bələdiyyəsinə ümumilikdə 89,5 milyon manat dövlət yardımı edilmişdir. Ayrılmış yardım bələdiyyələr arasında bölünərək, hər birinə 2,5 milyondan 7 milyon manata qədər vəsait verilmişdir.
Bələdiyyələr verilən dotasiyaları sosial-iqtisadi problemlərin həllinə yönəldəcəklər.