Bərdədə aparılan qanunsuz şumlama işləri nəticəsində ağac və kol bitkiləri məhv edilib
Bakı, 31 mart, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətlərinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə meşəbəyliyinin 1 saylı dolayında qanunsuz şumlama işlərinin aparıldığı və nəticədə ağac və kol bitkilərinin məhv edildiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, aparılan araşdırma zamanı ağac və kolların Ağdam rayonu, İsmayılbəyli kənd sakini Həsən Həsənov tərəfindən məhv edildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.
Qeyd olunub ki, meşə təsərrüfatına dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]