Bərdədə aşkarlanmış sikkələrin təmizlənərək numizmatik təyinatı müəyyənləşdirilib
Bakı, 16 mart, AZƏRTAC
Bərdədə arxeoloji qazıntılar nəticəsində aşkarlanmış sikkələrin təmizlənərək numizmatik təyinatı müəyyənləşdirilib.
Bu barədə AZƏRTAC-a Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib. Bildirilib ki, 2018-ci ildə Bərdədə aparılan arxeoloji qazıntılarda 20 mindən artıq maddi mədəniyyət materialları (şirli və şirsiz saxsı qab nümunələri, şüşədən hazırlanmış nəfis əşyalar, müxtəlif sümük bəzək nümunələri, metal pullar və s.) aşkarlanıb.
Qeyd edək ki, Oksford Universiteti ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə həyata keçirilən həmin qazıntılarda muzey əməkdaşları iştirak ediblər. Tapılan arxeoloji materiallar muzeyin fondlarına verilib.
Əldə edilən sikkələr ayrıca seçilib, təmizlənib və onların numizmatik təyinatı müəyyən edilib, nəticədə əksəriyyətinin mis olmaqla Abbasilər, Azərbaycan Atabəyləri, Səfəvilər dövründə zərb edilmiş sikkələr olduğu müəyyənləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:01]
Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində
- 09.10.2026 [16:44]
Tədqiqatlarda süni intellektin tətbiqi
- 09.10.2026 [16:37]
Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub
- 09.10.2026 [16:16]
Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO
- 09.10.2026 [15:38]
“Ədəbiyyat aləminə səyahət” - kitab sərgisi
- 09.10.2026 [15:35]