Bərdədə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 8 binada təşkil olunub
Bərdə, 3 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Bərdə rayonunda keçirdiyi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları başa çatıb.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 8 binada təşkil edilən imtahanların idarə olunmasına 8 ümumi rəhbər, 20 imtahan rəhbəri, 163 nəzarətçi-müəllim, 25 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub. İmtahanlarda 1983 nəfər şagirdin iştirakı nəzərdə tutulub.
İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Martın 4-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:47]
Ucarda narkotik vasitələrdən istifadənin yaratdığı fəsadlardan danışılıb
- 13.10.2026 [16:21]
“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub
- 13.10.2026 [15:53]
Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib
- 13.10.2026 [15:37]
Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb
- 13.10.2026 [15:26]
Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb
- 13.10.2026 [15:18]
Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib
- 13.10.2026 [15:10]
Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib
- 13.10.2026 [14:33]
Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb
- 13.10.2026 [14:24]