BERLİNDƏ DƏRSDƏN QALAN ŞAGİRDLƏR 2500 AVRO CƏRİMƏ ÖDƏYƏCƏKLƏR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Berlin hökuməti “Dərsdən qalanlara güzəşt olmayacaq” devizi ilə genişmiqyaslı kampaniyaya başlamışdır. Bundan sonra dərsdən qalan şagirdlərin şıltaqlığı ailə büdcəsinə baha başa gələcəkdir: dərsə getməyən uşaqlar 2500 avro məbləğində cərimə ödəyəcəklər. Rəsmi məlumata görə, təkcə bu ilin yanvarında tez-tez dərsdən qalan 1038 şagird qeydə alınmışdır. İlin ilk altı ayı ərzində isə onların sayı 7250 nəfərə çatmışdır.
Əgər cərimə kömək etməsə, polis şagirdi məktəbə məcburi gətirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]