BƏRPA İŞLƏRİ DAVAM ETDİRİLİR
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Bərpa Mərkəzi C.Məmmədquluzadənin ev muzeyində bərpa işlərini başa çatdırmaq üzrədir. Bundan sonra L.Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyində beş xalça məmulatı və iki tikmə məmulat bərpa olunacaqdır.
Mərkəz Neftçala tarix diyarşünaslıq muzeyindən xeyli eksponatın (metal pullar, üç kilim, bir ədəd xış və s.) bərpası üçün sifariş almışdır. R.Mustafayev adına Dövlət incəsənət muzeyindəki metaldan hazırlanmış böyük “Tovuzquşu” da bərpa ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]
Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub
- 09.10.2026 [10:33]