Beş ayda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 388 milyon dolları ötüb
Kiyev, 16 iyun, AZƏRTAC
Yanvar-may aylarında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 388 milyon dolları keçib.
Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 5 ayda Azərbaycan bu ölkəyə 207,5 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 180,9 milyon dollar olub.
Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:23]
Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]