Beş ayda dəmir yolu ilə 2,7 milyon ton yük daşınıb
Bakı, 17 iyun, AZƏRTAC
Cari ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə 2 milyon 699 min 237 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 8,2 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 5 ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 863,9 min ton yükün dəyəri 185 milyon dollar təşkil edib.
Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 1 milyon 835,2 min ton, dəyəri isə 823,1 milyon dollar olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:23]
Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]