Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beşinci - yubiley “Fərqli Fərdlər” konqresi keçirilib

Bakı, 11 mart, Göyçək Mahmudlu, AZƏRTAC

Martın 11-də Heydər Əliyev Mərkəzində “Bir ömür yolu” şüarı altında keçirilən xüsusi qayğıya ehtiyacı olan insanlar üçün 5-ci - yubiley “Fərqli Fərdlər” konqresi keçirilib.

AZƏRTAC xəbər verir ki, konqresin açılışını edən “Caspian Event Organisers” (CEO) şirkətinin baş direktoru Fərid Məmmədov ənənəyə çevrilmiş konqresin ildən-ilə genişlənərək daha vacib və həssas mövzuları gündəmə gətirdiyini və ictimaiyyətin diqqətini fərqli inkişaf özəllikləri olan insanlara, xüsusilə də uşaqlara bir daha yönəltdiyini bildirib.

“Konqresin yubileyi həm də ölkəmiz üçün əlamətdar ilə təsadüf edir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Ümummilli Lider uşaqlara daim böyük diqqət və qayğı göstərib. Ulu Öndərin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir” kəlamı uşaqlara olan dövlət qayğısının və sevginin bariz nümunəsidir. Heydər Əliyevin təməlini qoyduğu dövlət uşaq siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ənənəvi olaraq “Fərqli Fərdlər” konqresi dövlət strukturları və biznes dairələri tərəfindən dəstəklənir. Əminəm ki, builki konqres də faydalı müzakirələrlə yadda qalacaq, cəmiyyətimizdə xüsusi qayğıya ehtiyacı olan insanlar üçün vacib addımların atılması istiqamətində mühüm platforma olacaq”, - deyə F.Məmmədov bildirib.

Konqresin ölkəmizdən kənarda da böyük marağa səbəb olduğunu məmnunluqla vurğulayan baş direktor deyib: “Gələn il bu konqres məhz “Fərqli Fərdlər” brendi kimi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək. 2025-ci ildə konqresi yenidən Bakıya qaytarmaq niyyətindəyik”.

Açılış nitqindən sonra Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova tərəfindən və xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə “Fərqli Fərdlər”in himni səsləndirilib. Bu dəfə də “Ümid var” Yaradıcılıq Qrupunun üzvləri - xüsusi qayğıya ehtiyacı olan uşaqlar nümayiş etdirdikləri inklüziv kompozisiyalarla tədbirə rəng qatıblar. Auditoriya qarşısında çıxış edən xüsusi qayğıya ehtiyacı olan uşaqlar hər kəsi onlara dəstək olmağa səsləyiblər.

Çıxışında “Müxtəlif səbəblərdən əlilliyi müəyyən edilmiş şəxslər cəmiyyətin tamhüquqlu üzvü, ayrılmaz tərkib hissəsidir”, - deyən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsmanı) Səbinə Əliyeva bu baxımdan heç bir ayrı-seçkiliyə yol vermədən onların hüquq və azadlıqlarının təmin edilməsinin, həmin vətəndaşlar üçün ictimai həyatın bütün sahələrində bərabər imkanların yaradılmasının hər bir dövlətin inkişaf göstəricilərindən biri kimi qəbul edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu baxımdan xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması onların sosial müdafiəsi və reabilitasiyası ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqamətləri sırasına daxildir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə dövrün tələblərinə uyğun fəaliyyət göstərən yeni reabilitasiya mərkəzlərinin yaradılması və ya əsaslı təmir olunaraq istifadəyə verilməsi, onların müasir avadanlıqla təminatı davamlı prosesə çevrilib.

Ombudsman bildirib ki, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına və “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”nə əsasən, həmin kateqoriyaya daxil olan şəxslər kimi autizmli insanların da ictimai həyatda və cəmiyyətdə tamhüquqlu iştirakı dəstəklənir. Azərbaycanda autizmli insanların həlli vacib olan bir sıra problemlərinin aradan qaldırılması üçün autizm spektr pozuntusu olan şəxslərə dövlət qayğısı haqqında qanunun qəbul edilməsi və onun icrasının səmərəli təmini məqsədilə müvafiq dövlət proqramının hazırlanaraq təsdiq edilməsi məqsədəuyğundur. Əlilliyi olan şəxslərin, o cümlədən autizmli insanların həyatımızın ayrılmaz bir hissəsinə çevrilməsini təmin etməliyik.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova son zamanlar xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarla əlaqədar qanunvericilikdə bir sıra dəyişikliklərin edildiyini, həmin qəbildən olanların problemlərinin nəzərə alındığını diqqətə çatdırıb: “Azərbaycanda ailə və uşaq siyasəti güclüdür. Lakin biz xüsusi qayğıya ehtiyacı olan uşaqlarla ünsiyyətdə olanda dəyişirik. Daxilimizdəki mərhəmət və qayğı hissləri güclənir. Çalışırıq ki, həmin şəxslər cəmiyyətdən kənarda qalmasınlar. Fərqli inkişaf xüsusiyyətləri ilə seçilən uşaqlar cəmiyyətə inteqrasiya olunaraq normal şəraitdə böyüməlidirlər. Hər zaman onlara dəstək olmağa hazırıq”.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov qeyd edib ki, fərqli inkişaf xüsusiyyətlərinin erkən aşkarlanması və zəruri müdaxilələrin həyata keçirilməsi həmin şəxslərin cəmiyyətə inteqrasiyasını asanlaşdırır. Bu istiqamətdə ölkəmizdə mühüm addımların atıldığını vurğulayan nazir müavini beş il əvvəl paytaxt da daxil olmaqla ölkənin 15 şəhər və rayonunda ilkin səhiyyə xidməti səviyyəsində uşaqlar üçün psixi sağlamlıq mərkəzlərinin və kabinetlərinin yaradıldığını deyib: “İlkin səhiyyə xidmətinin həkimləri, tibb bacıları, xəstəxana pediatrlarının məlumatlılıq dərəcəsinin artırılması mühüm məsələdir. Həmin qrup həkim və tibb bacıları üçün davamlı treninqlər həyata keçirilir. Fərqli inkişaf özəllikləri olan insanların problemlərinə təkcə tibbi tərəfdən yanaşmaq düzgün deyil. Burada sosial qayğı, cəmiyyətə inteqrasiya və təhsildə inklüzivlik kimi məsələlər də ön planda olmalıdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların digər həmyaşıdları ilə ünsiyyəti inklüzivlik əsasında həyata keçirilə bilər”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev son beş ildə icra olunan dörd sosial islahat paketi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanların təminatının xeyli dərəcədə genişləndirildiyini diqqətə çatdırıb. Bildirilib ki, həmin qəbildən olan vətəndaşlara yönələn sosial ödənişlərdə orta hesabla üç dəfə artıma nail olunub.

Nazir müavininin sözlərinə görə, son illər ərzində ölkədə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addımlar atılır, bölgələrdə həmin şəbəkənin genişləndirilməsi istiqamətində işlər görülür: “Ən son Qəbələdə Uşaq Bərpa Mərkəzi açılıb. Mərkəzlərdə müasir müalicə tədbirləri ilə yanaşı, 18 yaşadək uşaqların bacarıqlarının inkişafına dəstək işləri də həyata keçirilir. Bundan əlavə, həssas qrupların inklüziv mühitdə yaradıcı potensialının inkişafına dəstək sahəsində dövlət siyasətini təcəssüm etdirən mühüm nailiyyətlərdən biri də Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzidir. Mərkəzdə keçirilən təlimlərdə əlilliyi olan şəxslər, şəhid ailələri üzvləri, valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələrin üzvlərindən ibarət 150-dək benifisiar iştirak edir. Bununla yanaşı, ötən dövrdə “Könüllü DOST” proqramında əlilliyi olan gənclərin inkişafına şərait yaradılıb. İnklüziv əmək bazarının inkişafı sosial islahatların əsas hədəflərindən biridir. İldən-ilə genişlənən aktiv məşğulluq proqramlarında əlilliyi olan şəxslərə də üstünlük verilir”.

Əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası istiqamətində mühüm işlər aparıldığını deyən H.Abdullayev görülən işlərin xüsusi qayğıya ehtiyacı olan vətəndaşların peşə bacarıqlarının və yaradıcılıq potensialının təkmilləşdirilməsinə, eyni zamanda, gələcək məşğulluq və karyera imkanlarının genişlənməsinə imkan yaratdığını qeyd edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini Anar İsrafilovun sözlərinə görə, son zamanlar, autizm, uşaq serebral iflici, Daun sindromu kimi diaqnozlar, həmçinin kiçik yaşda çox ciddiyə alınmayan, lakin zaman keçdikcə valideynlər üçün daha böyük problemə çevrilən hiperaktivlik və diqqət əskikliyi kimi hallar artır. Belə halların tibbi tərəfləri ilə yanaşı, sosial tərəfi də var. Sosial tərəf ilk mərhələdə ciddi qəbul edilməsə də çox vacibdir.

A.İsrafilov qeyd edib ki, uşaqların cəmiyyətə adaptasiyasında müşahidə olunan ən böyük və əsas çətinliklərdən biri də bullinqdir. Həssas qrupa aid uşaqların isə belə halla qarşılaşmaq riski daha çoxdur. Ona görə də valideynlər uşaqlarını daha erkən sosiallaşdırmağa başlamalı və inklüziv təhsilə yönəltməlidirlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin, Regional mərkəzlərlə iş şöbəsinin koordinatoru Mehparə Kazımovanın sözlərinə görə, ötən il icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin 27 faizindən 18 yaşadək uşaqlar yararlanıb, 2268 əməliyyat məhz uşaqlar üzərində icra olunub. Onlardan 281-i ürək-damar cərrahiyyəsi, 141-i koxlear implantasiya əməliyyatlarıdır.

“Statistikaya görə hər 160 uşaqdan birində autizm spektr pozuntusuna, onun müxtəlif tiplərinə rast gəlinir. Məhz həmin uşaqlar xüsusi psixoloji müalicəyə ehtiyac duyurlar. Onların reabilitasiya dövründə tibbi göstəriş əsasında laborator və funksional diaqnostik müayinələri icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində qarşılana bilər”, - deyə M.Kazımova qeyd edib.

Agentliyin nümayəndəsi bildirib ki, uşaqların əlillik hallarının qarşısının alınması, yenidoğulmuşlar arasında anadangəlmə və irsi xəstəlikləri erkən aşkarlamaq məqsədilə ötən ildən başlayaraq ölkəmizin müxtəlif dövlət tibb müəssisələrində neonatal skrininq müayinələri aparılır. Ötən il ərzində isə 7300 topuq testi aparılıb.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva icma əsaslı xidmətlər və valideynlərə dəstək göstərmək üçün Dövlət Komitəsinin nəzdində 11 dəstək mərkəzinin fəaliyyət göstərdiyini bildirib: “Mərkəzlər uşaqlıq dövrünə xas olan əlillik hallarına erkən müdaxiləyə dair xidmətlərə çıxış imkanlarının, xüsusilə kənd yerlərində təmin edilməsi məqsədilə aidiyyəti qurumlara yönləndirməklə yanaşı, mərkəzlər daxilində aktiv terapiya, psixoloji konsultasiya, inkişafetdirici, reproduktiv məşğələlər və digər xidmətlər də göstərilir. Azad edilmiş üç rayonda - Laçın, Füzuli və Zəngilanda bu il icma əsaslı uşaq və ailə mərkəzlərinin yaradılması nəzərdə tutulub”.

Tədbir “İlk andan”, “Məktəb vaxtı”, “Birlikdə böyüyürük” sessiyaları və “Müşayiət olunan işə qəbul” panel müzakirəsi ilə davam edib. “Fərqli Fərdlər” 2023-cü ildə geniş spektrli mövzuların müzakirəsi, fikir və təcrübə mübadiləsi məqsədilə ABŞ, Azərbaycan, Belarus, İsrail, Rusiya, Türkiyə və başqa ölkələrdən tanınmış yerli və aparıcı beynəlxalq spikerlər çıxış ediblər. Konqresin moderatorları arasında xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri və fərqli inkişaf özəllikləri olan insanların özləri də olublar. Konqresin prodüseri “Autistic city” Autizm spektr pozuntusu (ASP) diaqnozlu insanlara dəstək mərkəzinin rəhbəri, ASP olan şəxs Antonina Steynberqdir.

Qeyd edək ki, ənənəvi olaraq “Fərqli Fərdlər”in mövzuları təşkilatçılar tərəfindən müasir tələblər, eləcə də iştirakçıların xahişləri nəzərə alınmaqla formalaşdırılır. Tədbirdə ilk dəfə olaraq çox aktual, lakin həssas mövzu olan yeniyetməlikdə cinsi tərbiyə müzakirə olunub. Konqres zamanı, həmçinin inkişaf özəllikləri olan insanların uşaqlıq dövründə tədqiqatı və erkən müdaxilə, ASP sindromlu insanlarda qidalanma pozulması, bullinq və məktəbə inteqrasiyası, inklüziv işə qəbulu, perspektivlər və digər mövzulara da diqqət yetirilib.

Tədbirdə xüsusi qayğıya ehtiyacı olan insanlar üçün günəbaxanlı boyunbağılar tərəfdaş -“ZAMA LLC” tərəfindən təmin edilib. Məlum olduğu kimi, günəbaxan zahirən görünməz əlilliyin beynəlxalq simvoludur. Beləliklə, “Fərqli Fərdlər”in iştirakçıları boyunbağı sahibinin gizli əlilliyini görə biləcək və nəticədə oriyentasiya, qərar qəbul etmək və ya əlavə yardım üçün onlara daha çox vaxt lazım ola biləcəyini anlayacaqlar. Günəbaxanlı boyunbağıların sahibləri üçün rahat şərait və yeməklərin verilməsi üçün ayrıca xətt təşkil ediləcək. Təşkilatçılar tərəfindən iştirakçıların və qonaqların rahatlığı da düşünülüb. Belə ki, Heydər Əliyev Mərkəzində “səssiz otaq” və uşaq zonası təşkil edilib. Bundan əlavə, tədbir zamanı xüsusi qayğıya ehtiyacı olan şəxslərlə ünsiyyət qurma formaları və davranış qaydaları haqqında ətraflı məlumatı əks etdirən rabitə nişanları təqdim olunub.

Konqres, həmçinin eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün surdotərcümə xidməti ilə də təmin olunub. Tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə bədii hissə nümayiş olunub, həmçinin həmin qəbildən olan vətəndaşların əl işlərindən ibarət sərgi-yarmarka təşkil edilib.

Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, “Fərqli Fərdlər”də xüsusi qayğıya ehtiyacı olan uşaqlar da çalışıblar.

Bu il də tədbir xüsusi qayğıya ehtiyacı olan insanlara daima qayğı və diqqət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Heydər Əliyev Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Dayanıqlı Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA), Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə təşkil edilib. Konqresin təşkilatçısı “Caspian Event Organisers” (ceo.az) şirkətidir.

Xatırladaq ki, “Fərqli Fərdlər” 2019-cu ildən etibarən ictimaiyyətin diqqətini autizm, diqqət əskikliyi və hiperativlik, uşaq serebral iflici (USİ), Daun sindromu və digər mövzulara maksimum dərəcədə yönəltmək və valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünü dəstəkləyir. Konqresin əsas məqsədi və nail olmağa çalışdığı ən başlıca hədəf isə ictimaiyyətdə fərqli qayğıya ehtiyacı olan insanlar haqqında məlumatlılığı artırmaq, ən əsası isə həmin şəxslərə düzgün yanaşma ilə onları cəmiyyətə qazandırmaq və cəmiyyətdə öz yerlərini tapmağa yardımçı olmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub