Bəsitçay və Həkəri çaylarına balıq körpələri buraxılıb
Bakı, 17 dekabr, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin mühafizəsinə və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Zəngilan rayonu ərazisindən keçən Bəsitçay və Həkəri çaylarına balıq körpələrinin buraxılışı həyata keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev AZƏRTAC-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyevin və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirakı ilə çaylara ümumilikdə 200 min çəkikimi balıq körpəsi buraxılıb.
Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılması Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpası baxımından olduqca əhəmiyyətlidir və belə aksiyalar gələcəkdə də davam edəcək.