BƏYDÖVÜL KƏND MƏKTƏBİNİN TİKİNTİSİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Göyçay rayonunun Bəydövül kəndində inşa edilmiş 200 yerlik orta məktəb binası istifadəyə tam hazırdır. Smeta dəyəri 600 milyon manat olan yeni təhsil ocağını “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 1 saylı müəssisəsi tikmişdir.
Yeni məktəb binası 1300 nəfər əhalisi olan və rayon mərkəzinin 35 kilometrliyində yerləşən Bəydövül sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Burada şagirdlərin təhsilinin, təlim-tərbiyəsinin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]