Beyləqanlılar 20 Yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad etmişlər
Beyləqan, 20 yanvar (AZƏRTAC). Beyləqan rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır.
Rayonun idarə və müəssisələrində, əmək kollektivlərində yığıncaqlar, konfranslar keçirilmişdir.
Yanvarın 20-də Beyləqan şəhərində, 20 Yanvar küçəsindəki “Şəhidlər” abidə kompleksi qarşısında ümumrayon anma mərasimi olmuşdur.
Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, məktəblilər həzin musiqi sədaları altında abidə kompleksini ziyarət etmiş, önünə əklil və al qərənfillər qoymuşlar. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Saat 12.00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, avtomobillərdən səs siqnalları verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]