Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq dəhlizlərin inkişafında Azərbaycanın polad “arteriyası”

Beynəlxalq dəhlizlərin inkişafında Azərbaycanın polad “arteriyası”

Bakı, 30 iyun, Vüsal Nəbiyev, AZƏRTAC

Azərbaycanın şimal ilə cənubun, şərq ilə qərbin qovuşuğunda yerləşməsi onu tarix boyu coğrafi baxımdan strateji məkana çevirib. Ötən dövr ərzində nəqliyyat sektorunun, xüsusilə dəmir yolu nəqliyyatının inkişafı həm ölkədaxili, həm də ölkəxarici artan tələbatdan irəli gəlirdi. Belə ki, ilk dəfə 145 il öncə Azərbaycanda neft daşınması üçün salınan 20 kilometrlik dəmir yolları ötən illər ərzində keşməkeşli inkişaf yolu keçərək 100 dəfədən çox istismar uzunluğu ilə (2100 kilometr) beynəlxalq dəhlizlərin polad “arteriyası”na çevrilib. Lakin bu, son deyil! Azərbaycan dəmir yolları ölkə ərazisindən keçən bütün beynəlxalq dəhlizlərin əsas magistralı olmaq iddiasındadır. Bu iddia isə əsassız deyil.

Dəmir yolu və dəhlizlər

Qlobal dünya nizamına təsir edən beynəlxalq dəhlizlər nəqliyyat, ticarət, enerji kimi bir çox sahələri əhatə edir. Əksər dövlətlərarası münasibətlərin iqtisadi əsaslar üzərində qurulduğu hazırkı zaman kəsiyi isə belə dəhlizlərin əhəmiyyətini hər ötən gün daha da artırır. Şübhəsiz ki, beynəlxalq dəhlizlərin “vuran ürəyi” nəqliyyat sektorudur. Beynəlxalq nəqliyyat dəhlizləri quru (avtomobil), dəmir yolu, su, hava üzərindən keçsə də onların ən dominantı quru və dəmir yoludur. Dəmir yolu nəqliyyatı qlobal ticarət və iqtisadi inteqrasiyanı dəstəkləyən səmərəli, dayanıqlı və sərfəli bağlantı təmin etməklə beynəlxalq dəhlizlərin inkişafında mühüm rol oynayır. Dəmir yollarının salındığı bölgələr həm də həmin əraziyə yeni həyat gəlişinin müjdəsini verir.

Qısa haşiyə

SSRİ-də yüksək təşkilatçılıq qabiliyyəti ilə tanınan Ümummilli Lider Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildikdən sonra tikintisinə birbaşa nəzarət etdiyi Baykal-Amur magistral xətti həmin dövrün ən çətin yaşam şərtləri olan ərazilərdən (-45 dərəcə temperaturu olan tayqa meşələri, yollarının ilin əksər vaxtında buz bağladığı çöllər) keçirdi. Lakin həm tikinti illərində, həm də tikinti işləri başa çatdıqdan sonra dəmir yolu boyunca 400 min kvadratmetrdən çox yaşayış sahəsi işçilərə təhvil verilib, məktəblər, uşaq bağçaları, klublar, klinikalar, mağazalar, kinoteatrlar tikilib. Bununla yanaşı, tikintinin aparıldığı on il ərzində magistral dəmir yolu boyu şəhər və qəsəbələrdə 60 min uşaq dünyaya gəlib.

Hazırda mövcud dəhlizlərin əsas nəqliyyat növü dəmir yollarıdır. Bəlkə də ona görə “Qədim İpək yolu” ifadəsini artıq “Dəmir İpək Yolu” ilə əvəz edirlər. Dəmir yolları yükdaşımaların artımı üçün perspektivli, ən vacibi isə təhlükəsiz nəqliyyat sahəsidir. Dəhlizlər boyu dövlətlərə daha çevik tranzit vaxtları və etibarlı logistika zəncirləri qazandıran dəmir yolu dəniz, avtomobil nəqliyyatına alternativ və ya tamamlayıcı rolunu oynayır.

Bundan başqa, dünya ölkələrinin heç vaxt olmadığı qədər iqlim dəyişmələrinə qarşı mübarizə apardığı belə bir məqamda dəmir yolu nəqliyyatı avtomobil və dəniz nəqliyyatından daha ucuz, sürətli olması ilə yanaşı, xeyli az karbon emissiya edir və ekoloji təmiz nəqliyyat vasitəsi hesab edilir. Belə ki, qlobal karbon qazı emissiyasının cəmi 1 faizi dəmir yollarının payına düşür.

Fəaliyyətini qlobal geosiyasətə, beynəlxalq standartlara uyğunlaşdıran “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Azərbaycanı bölgənin nəqliyyat qovşağına çevirmək üçün son illər regiondakı təsirini nəzərəçarpacaq dərəcədə artırır, mövcud infrastrukturunu yeniləyir, qonşu və region dövlətlərinin dəmir yolu müəssisələri ilə əməkdaşlıq əlaqələrini gücləndirir. Ötən il dünyanın ən mötəbər beynəlxalq tədbiri - COP29-a ev sahibliyi edən Azərbaycan artan ekoloji tələblər kontekstində dəmir yollarında elektrikləşməni 100 faizə çatdırmağı hədəfləyir (bu göstərici hazırda 70 faizə yaxındır).

Azərbaycan dəmir yolları beynəlxalq dəhlizlərin tərkib hissəsi kimi

Dəmir yolu nəqliyyatı ticarət əlaqələrini inkişaf etdirmək, dayanıqlı nəqliyyatı təşviq etmək, iqtisadi inteqrasiyanı dəstəkləmək və sərhədlər boyu logistikanın səmərəliliyini artırdığı üçün beynəlxalq dəhlizlərin inkişafında mühüm elementdir. Onun oynadığı rol transsərhəd əlaqələri inkişaf etdirməklə yanaşı, ticarət həcmini artırmaq, malların regionlar və qitələr arasında hərəkətini asanlaşdırmaq üçün də çox vacibdir.

Azərbaycanda da dəmir yolu nəqliyyatının inkişafı mühüm əhəmiyyət kəsb edir. Son illər həyata keçirilən layihələr, aparılan islahatlar nəticəsində Azərbaycanın tranzit imkanları genişlənib, ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Dəmir Yolları” QSC bu yükdaşımalarda aktiv oyunçulardan birinə çevrilir. Azərbaycanın əsas tranzit ölkə kimi artan əhəmiyyətini və dəmir yolu xidmətlərinə yüksək tələbatı nəzərə alaraq ölkədə dayanıqlı nəqliyyat sisteminin yaradılmasında ADY əsas rollardan birini oynayır. Elə “ADY Ekspres” MMC-nin qurulması ADY-nin yaranmış fürsəti dəyərləndirmək və tranzit yüklərin həcminin artırılması üçün əhəmiyyətli addımlarından hesab olunur. Şirkət ekspeditorlara və iri yük sahiblərinə onlayn xidmətlər göstərir, həmçinin Azərbaycanın dəmir yolları ilə bağlı bütün operativ məlumatlara çıxışı, vaqonların hərəkəti və təchizatı ilə bağlı yarana biləcək problemlərinin qısa zamanda həllini təklif edir.

Azərbaycanın bir neçə nəqliyyat dəhlizinin üzərində yerləşməsi onun beynəlxalq yükdaşımalar sahəsində strateji rolunu hər ötən gün daha da artırır. Belə ki, Azərbaycanın dəmir yolları Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb, Cənub-Qərb və Zəngəzur dəhlizləri ilə bu böyük mənzərənin tərkib hissəsinə çevrilib.

Şərq-Qərb Nəqliyyat Dəhlizi

Çindən Avropaya və əks istiqamətdə yükdaşımaların həyata keçirilməsinin ən qısa yolu Şərq-Qərb Nəqliyyat Dəhlizidir (Çin-Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa). Hazırda Avropa ilə Asiyanı birləşdirən 3 əsas marşrut mövcud olsa da (Rusiya üzərindən Şimal dəhlizi, İran və Türkiyə üzərindən Cənub dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və ya Orta Dəhliz), Azərbaycan üzərindən keçən beynəlxalq dəhliz ən strateji olanıdır.

Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi, İran-İsrail qarşıdurması, sanksiyalar və artan geosiyasi risklər nəticəsində Şimal və Cənub dəhlizi faktiki olaraq fəaliyyətini dayandırsa da, Orta Dəhliz üzrə daşımalar artmaqdadır. Orta Dəhliz böyük bir coğrafiyanın iqtisadi inkişaf və ticarətinin şaxələndirilməsi üçün imkanlar yaradır. Bu dəhliz üzrə hərəkət edən blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri təhlükəsiz çatdırmaqla həm də ən qısa yol təklif edir. Beynəlxalq maliyyə institutlarının isə bu marşruta diqqətinin artması onun əhəmiyyətini əks etdirir.

Çindən Avropaya Orta Dəhliz vasitəsilə yola salınan yüklər iki istiqamət üzrə ötürülür; Gürcüstanın Poti və Batumi limanları və Bakı-Tbilisi-Qars dəmir yolu ilə.

Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin mühüm tərkib hissəsidir. ADY bu marşrut üzrə yükdaşımaları səmərəli etmək və əməliyyatların optimallaşdırılması üçün dəhliz iştirakçısı olan ölkələrlə vahid koordinasiya sistemi yaradıb. Həmçinin dövlət büdcəsi hesabına ADY darboğazın aradan qaldırılması, stansiya yollarının inkişafı, elektrikləşdirilməyə əlavə sərmayələr yatıraraq Bakı-Tbilisi-Qars dəmir yolunda genişmiqyaslı modernizasiya işləri görüb ki, bununla da dəhlizin ötürücülük qabiliyyəti ildə 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Ötən il Orta Dəhliz ilə yükdaşımaların həcmi 4,5 milyon ton olsa da, builki hədəf 5,2 milyon tondur. 2027-ci ilə qədər marşrutun gücünün 10 milyon tona çatdırılması planlaşdırılır. Həmçinin qarşıdakı illərdə dəmir yolları üçün vaqon parkının cəlb edilməsi nəzərdə tutulur. Orta Dəhlizin vacib iştirakçılarından olan Azərbaycan və Çin dəhliz üzrə konteyner blok-qatarlarının artırılması, həmçinin Çindən Qara dənizə kimi yüklərin izlənməsinə imkan verəcək rəqəmsal platforma ilə bağlı müzakirə aparır.

Şimal-Cənub Nəqliyyat Dəhlizi

Azərbaycan üzərindən keçən beynəlxalq marşrutlardan biri də Şimal-Cənub Nəqliyyat Dəhlizidir (Hindistan-İran-Azərbaycan-Rusiya-Baltik dənizi). Bu dəhliz ilə Hindistan və Körfəz regionundan yüklərin Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə və əks istiqamətə çatdırılması həyata keçirilir.

Marşrut üzrə potensial yükdaşıma həcmi ildə 15 milyon tona qədərdir ki, bu da Azərbaycan üçün əhəmiyyətli tranzit potensialı yaradır. Bu marşrutun Süveyş kanalından keçən hissəsi 800 kilometr daha çox, çatdırılma müddəti isə 20 gün daha artıq idisə (Husilərin bölgədəki fəaliyyəti yüklərin çatdırılmasını da sual altına salırdı), Azərbaycandan keçərkən vaxta və yola qənaət edilməklə yanaşı, yüklərin təhlükəsiz çatdırılmasını ön plana keçir.

ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə ciddi önəm verir. Belə ki, bu il ADY Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə artan yükdaşımalara xidmət göstərmək məqsədilə 7 ədəd yeni lokomotiv alıb. Növbəti mərhələdə isə 14 ədəd magistral lokomotivin alınması planlaşdırılır. Dəhlizin inkişafı çərçivəsində Astara Terminalının (İran ərazisində Azərbaycana məxsusdur) tikintisi bu il başa çatdırılacaq. Bu terminal dəhlizlə yük daşımalarının həcmini artırmağa imkan verəcək. Astara Terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur.

Şimal-Cənub dəhlizi üzrə artan yük tələbatının qarşılanması üçün ADY tərəfindən Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması işləri də həyata keçirilir. Hazırda ADY Ələtdən Osmanlıya və Osmanlıdan Astaraya dəmir yolu xəttini yeniləyir. Yolun ümumi uzunluğu 243 kilometrdir. Dəmir yolu xətti ilə bağlı tikinti işlərinin isə 2027-ci ilə qədər tamamlanacağı gözlənilir. 

Cənub-Qərb Nəqliyyat Dəhlizi

Azərbaycan ərazisindən keçən beynəlxalq marşrutlardan biri də Cənub-Qərb Nəqliyyat Dəhlizidir (Hindistan-Körfəz-İran-Azərbaycan-Gürcüstan-Avropa). Bu dəhlizlə Avropa ölkələri ilə Hindistan arasında yüklərin daşınması həyata keçirilir. 2025-ci ilin birinci rübündə bu dəhliz vasitəsilə Azərbaycan üzərindən daşımaların həcmi 55 faizdən çox artaraq 134,7 min ton olub. “ADY Expres” şirkəti artıq bu Cənub-Qərb Nəqliyyat Dəhlizi ilə də yükdaşımalara başlayıb. Rəşt-Astara və Qəzvin-Rəşt dəmir yolu xətlərinin inşası başa çatdıqdan sonra bu dəhlizin potensialından tam istifadə ediləcək. Alternativ marşrutlarda çatdırılma vaxtı 35-37 gün olduğu halda İran, Azərbaycan, Gürcüstan vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınması cəmi 12-14 gün çəkir.

Şimal-Qərb Nəqliyyat Dəhlizi

Azərbaycanın tərkib hissəsi olduğu beynəlxalq nəqliyyat dəhlizi Şimal-Qərb dəhlizidir (Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə/Qara dəniz-Avropa/Aralıq dənizi). Marşrutun yaranması Azərbaycan dəmiryolçuları tərəfindən Bakı-Tbilisi-Qars layihəsi reallaşandan sonra irəli sürülüb. Bu dəhliz Rusiya yüklərinin Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə daşınmasına şərait yaradır. Bu ilin birinci rübündə dəhliz vasitəsilə yük dövriyyəsinin həcmi 776,9 milyon ton olub.

Zəngəzur dəhlizi

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan torpaqlarının işğaldan azad edilməsi regionun tranzit və logistika potensialını artıracaq Zəngəzur dəhlizinin tikintisinin reallaşmasına səbəb olub. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionları Orta Dəhliz çərçivəsində xüsusi strateji önəmə malikdir. Belə ki, Zəngəzur dəhlizi region iqtisadiyyatının inkişafı ilə yanaşı, Azərbaycanı Türkiyə və Avropa ölkələri, eləcə də Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək. Zəngəzur dəhlizinin fəaliyyəti bir neçə nəqliyyat dəhlizinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına gətirib çıxaracaq. Zəngəzur marşrutu kimi yeni istiqamətlərin açılması yük axınlarını yenidən bölüşdürməyə və yüklənmiş hissələri yüngülləşdirməyə, çatdırılma sürətini artırmağa və tranzaksiya xərclərini azaltmağa imkan verəcək. Bu, həm də Avrasiya nəqliyyat sistemində mühüm tranzit qovşağı kimi Azərbaycanın logistik potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək.

Hazırda Zəngəzur dəhlizinin əsas nəqliyyat arteriyalarından biri kimi Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirmə işlərinin 83 faizi, tikinti-quraşdırma işlərinin isə 63 faizi tamamlanıb. Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürmə qabiliyyətini 10-12 milyon ton artırmağa imkan verəcək.

Məqalə “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO