BEYNƏLXALQ SİMPOZİUM BAŞA ÇATMIŞDIR
Tədbirin birinci günü məruzələr dinlənilmiş, ikinci günü dəyirmi masa ətrafında söhbət olmuşdur.
Türkiyədəki Atatürk Mərkəzinin direktoru Taciser Onuk rəhbərlik etdiyi mərkəzin yaranması və fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Söhbətdə xalqlarımız arasında mədəni əlaqələrin genişləndirilməsində universitetdə yaradılmış Türkiyə mədəniyyət mərkəzinin əhəmiyyəti xususi vurğulanmışdır. Türkiyəli qonaqlar qeyd etmişlər ki, qardaş ölkənin alimləri bu mərkəz vasitəsilə slavyan aləminə çıxmaq, burada keçirilən simpozium və konfranslarda iştirak etmək, yeni elmi nailiyyətlərindən xəbər tutmaq imkanı qazanacaqlar.
Atatürk Mərkəzinin rəhbəri mədəniyyət mərkəzinin kompüter dəsti, ədəbiyyat və sairlə təchiz olunmasına kömək edəcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]