“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Beynəlxalq ticarət işçi qrupunun növbəti iclası keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, iclasda Dünya Bankının B-Ready layihəsinin yeni təqdim edilmiş sorğu vərəqəsi və indikatorlar üzrə hesablanma metodologiyası haqqında müzakirələr aparılıb. Həmçinin Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin müvafiq komponentləri üzrə 2023-cü il ərzində görülmüş işlər və ilin sonuna qədər icra olunmalı tapşırıqlara dair məlumatlar təqdim edilib, icra prosesinin sürətləndirilməsi və optimallaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilib.
İclasda işçi qrupun üzvü olan dövlət qurumlarının və özəl sektorun nümayəndələri, həmçinin Komissiyanın Katibliyi təmsil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]