Bəzi mehmanxanalar dərəcə sertifikatları alıb
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan “HotelStars Criteria 2010-2014” uyğun hazırlanmış “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə” AZS 745-2012 dövlət standartına uyğun həyata keçirilir.
“Bakı-2015” Avropa Oyunlarının keçiriləcəyini nəzərə alaraq, bu sahədə müvafiq işlər görülür. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017-ci il avqustun 8-dək bir sıra mehmanxanalara dərəcə sertifikatları verilib. Onların sırasında “JW Marriott Absheron Baku”, “Kempinski Hotel Badamdar Baku”, “Caspian Sea Resort”a 5, “Şah”, “Alp İnn”, “Emerald”, “Viləş Palace” mehmanxanalarına, eləcə də “Meşəbəyi” istirahət mərkəzinə 4, “Austin Butik”, “Arena”ya 3, “Rigs” mehmanxanasına 2 ulduz dərəcə sertifikatı verilib.