Biləsuvarda arpa sahələrinin hər hektarından 30 sentnerdən çox məhsul yığılır
Biləsuvar, 4 iyun, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda taxıl biçini uğurla davam edir. Fermerlər məhsul yığımını qısa müddətdə və itkisiz başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il biləsuvarlı taxılçılar 16 min 860 hektar sahədə taxıl becəriblər. Bitkiyə aqrotexniki qaydada qulluq edildiyindən sahələrdə bol məhsul yetişib. Məhsul yığımına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 47 min 750 hektar arpa sahəsindən 14 min 535 ton məhsul götürüblər. Hər hektarın məhsuldarlığı 30,6 sentner olub.
Ayrı-ayrı fərdi təsərrüfatlarda isə məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub. Fermer Fəxrəddin Quliyev becərdiyi arpa sahəsinin hər hektarından 50 sentner məhsul götürərək digər torpaq mülkiyyətçilərindən fərqlənib.
Qeyd edək ki, hazırda Biləsuvarın taxıl zəmilərində 78 kombayn işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]