BİLYARD ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞLAMIŞDIR
Bakı, 10 yanvar, (AZƏRTAC). Bilyardın Moskva piramidası növü üzrə Azərbaycan çempionatı start götürmüşdür.
Yarışda 24 idmançı iştirak edir. İlkin qrup oyunlarından sonra 16 nəfər kiy ustası səkkizdəbir finala vəsiqə qazanmışdır. Yarışın qalibi isə yanvarın 11-də məlum olacaqdır.
Azərbaycan Bilyard İdmanı Federasiyasından bildirmişlər ki, çempionatda ölkənin ən tanınmış bilyard ustaları mübarizə aparır. Yarışın ötənilki qalibi Ramin Səməndərov isə idmandan uzaqlaşdığı üçün turnirdə iştirak etmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]