CƏMİYYƏT
Binəqədi 8 saylı birinci seçki dairəsinin 11 saylı məntəqəsində seçici fəallığı müşahidə olunur




Bakı, 29 yanvar, AZƏRTAC
Bələdiyyə seçkilərinin keçirildiyi 8 saylı Binəqədi birinci seçki dairəsinin 11 saylı məntəqəsində seçicilər səsvermədə yüksək fəallıq nümayiş etdirirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında 8 saylı Binəqədi birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsinin sədri Yadigar Paşayev bildirib.
Vətəndaşların saat 08:00-dan etibarən səs vermək üçün məntəqəyə axın etdiklərini vurğulayan məntəqə seçki komissiyasının sədri deyib: “Bu seçki məntəqəsində1314 nəfər seçici var. İlk dəfə səs verəcək seçici sayı bir nəfərdir. Daşınan qutu ilə bağlı müraciətimiz olmayıb. Seçkilər tam şəffaf şəraitdə keçirilir. Hər şey yüksək səviyyədə təşkil olunub. Məntəqəmiz veb-kamera ilə təmin olunub. Səsvermə prosesini onlayn rejimdə izləmək mümkündür”.