Binəqədi rayonunda piyada keçidi təmir olunur
Bakı, 25 iyun, AZƏRTAC
Binəqədi rayonu ərazisində Xocasən-Lökbatan avtomobil yolunun 2-ci kilometrində yerləşən yerüstü piyada keçidində təmir-bərpa işləri aparılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.