Binəqədi rayonundakı sexdə baş vermiş yanğın məhdudlaşdırılıb
Bakı, 15 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonundakı sexdə baş vermiş yanğın məhdudlaşdırılıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Hazırda fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.