Binəqədidə ağacəkmə aksiyası keçirilib
Bakı, 17 noyabr, AZƏRTAC
IDEA İctimai Birliyinin həyata keçirdiyi “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib.
Rayonun Xocasən qəsəbəsində yerləşən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının binası ətrafında keçirilən tədbirdə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. IDEA İctimai Birliyinin təşəbbüsü ilə respublikada 3 milyondan çox ağac əkilib, ağacların kəsilməsinin qarşısının alınması məqsədilə bir sıra tədbirlər görülüb, sahibsiz heyvanlar üçün sığınacaqlar təşkil olunub, sənaye və məişət tullantılarının azaldılması ilə bağlı müxtəlif layihələr reallaşdırılıb.
Çıxış edənlər layihənin yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə olduğunu vurğulayıblar.
Aksiya çərçivəsində mindən artıq zeytun və şam ağacı əkilib.
Binəqədi rayon gəncləri belə aksiyaların təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla Əliyevaya təşəkkürlərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]