Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir daha “eksterritoriallıq” və digər “dəhliz məntiqləri” barədə

Bakı, 26 sentyabr, AZƏRTAC

Ermənistan KİV-in monitorinqi göstərir ki, Zəngəzur dəhlizindən söhbət düşəndə bu ölkənin siyasətçi və ekspertləri, necə deyərlər, aləmi qarışdırırlar: “eksterritoriallıq”, “dəhliz məntiqi” və sair.

“Dəhliz məntiqi”nin nə demək olduğunu, ümumiyyətlə, onlardan heç biri izah edə bilməz. Beynəlxalq politoloji leksikonda belə bir ifadə yoxdur. Deməli, onun mənası da yoxdur. Bir nöqtədən getməyi və digər nöqtəyə gəlməyi nəzərdə tutan “nəqliyyat dəhlizi” anlayışı var. Bu iki nöqtə arasındakı zolaq “dəhliz” adlanır və o da şərti məna daşıyır. “Dəhliz” termini yolun həmin hissəsinin girişində, çıxışında və bütün yolboyu hansı hüquqi və prosessual rejimin qüvvədə olmasını müəyyən etmir. Hər bir konkret halda iştirakçı tərəflərin razılaşdırdığı rejim qüvvədə olur. Buna görə də “dəhliz məntiqi” anlayışı yoxdur. Bəs erməni tərəfi özü bu terminin mənasını bilmədiyi halda nə üçün ondan istifadə edir, - bunu başa düşmək olmur.

“Eksterritoriallıq” və “dəhliz” də eyni anlayışlar deyil. Qoy bizim qonşularımız ən azı özlərinin çox sevdikləri Vikipediyaya baxsınlar və “eksterritoriallıq” nə demək olduğunu oxusunlar: https://ru.wikipedia.org/wiki/Экстерриториальность . Eksterritorial ərazilərə yalnız BMT-nin və NATO-nun mənzil-qərargahları və müəssisələri, ABŞ-ın Quantanamodakı hərbi bazası, xarici ölkələrin limanlarındakı hərbi gəmilər və digər ölkələrin hava limanlarındakı hərbi təyyarələr aiddir (amma mülki təyyarələr buraya aid deyil). Laçın dəhlizi və Zəngəzur dəhlizi isə heç vaxt belə hesab edilməyib və bu gün də hesab edilmir. Buna müvafiq olaraq, həmin dəhlizlər üzərində Azərbaycanın və Ermənistanın yurisdiksiyası yox olmur və hətta azalmır.

Erməni siyasətçi və politoloqlar bu iki ifadəni yersiz halda qarışdırmaqda davam edir. Azərbaycan Zəngəzur dəhlizi barədə danışanda orada təqribən yeni Kornidzor-Xankəndi yolundakı kimi rejimin qüvvədə olmasını nəzərdə tutur. Bu yolun şərti olaraq “Laçın dəhlizi” adlandırılması və üçtərəfli Bəyanatın 9-cu bəndində “dəhliz” sözünün olmamasının heç bir əhəmiyyəti yoxdur. Mətndə “Laçın dəhlizi” frazasının olması və “Zəngəzur dəhlizi” sözlərinin olmaması erməni tərəfə heç bir əlavə imtiyaz vermir və Azərbaycan tərəfini heç nədən məhrum etmir. Biz dəfələrlə demişik ki, məsələ “dəhliz” sözündə deyil. Bu yolu necə istəyirsiniz adlandırın, xüsusən ona görə ki, yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq leksikonda “dəhliz” termininin tərifi yoxdur. Yoxdur, vəssalam! Əgər bu sözə hər kəs özünün başa düşdüyü kimi məna verirsə, ondan yapışmağın nə mənası var! Eyni qayda ilə, üçtərəfli Bəyanatın mətnində “eksterritorial” sözü də yoxdur. Yuxarıda qeyd edilən hallara görə, orada bu söz ola da bilməzdi. Buna görə də Bəyanatda hansı sözlərin olmasına və hansı sözlərin olmamasına istinad etməyin mənası yoxdur. Məsələ formada deyil, mahiyyətdədir.

Mahiyyət isə belədir ki, Azərbaycandan gedən və Azərbaycana gələn sərnişinlər, nəqliyyat vasitələri və yüklər tarixi anlaşılmazlıq və bolşeviklərin cinayətkarlığı səbəbindən bugünkü Ermənistanın bir hissəsi olmuş ərazi ilə çox qısa bir yol keçməli olur. Bu yolu dayanmadan keçir, heç yerə çıxmır, Ermənistan şəhərlərinə daxil olmur və yerli əhali ilə əlaqə saxlamır. Eyni qayda ilə Ermənistandan olan erməni sərnişinlər Azərbaycanın (!) Qarabağ bölgəsinə daxil olur, yəni XARİCƏ səyahət edirlər! Onların Laçına və ya Zəngilana gedən yoldan çıxmağa və onların nəzarətində olmayan yerlərin gözəlliyindən zövq almağa haqqı yoxdur. Hətta fantaziyanı cəmləşdirərək təsəvvür etsək ki, bütün dünya ağlını itirib, separatçı qurumun müstəqilliyini tanıyıb, - hətta bu halda da bugünkü Ermənistanı və Xankəndini birləşdirən yol əvvəlki kimi Azərbaycanın ərazisi olaraq qalacaq. Hətta bu halda ölkəmiz o yoldan keçənlərdən tranzit vizası tələb etməsə belə (hələlik).

Beləliklə, Zəngəzurda hansı tranzit yoxlamalar barədə söhbət gedə bilər? Azərbaycan BMT-nin Beynəlxalq Məhkəməsi vasitəsilə Ermənistanın üzərinə öhdəlik qoya bilərdi ki, öz ərazisindən ayrılmış eksklava sərbəst giriş imkanı açsın. Ermənistanın bu yolu bağlaması və oraya giriş verməkdən imtina etməsi qeyri-legitim hərəkətlərdir. ABŞ-ın Alyaska ştatı və Rusiya Federasiyasının Kalininqrad vilayəti də onların daxil olduğu dövlətlərin əsas hissəsi ilə quru yolundan məhrum deyillər, hərçənd, Naxçıvandan fərqli olaraq, onların açıq dənizə çıxışı var. Buna görə də Azərbaycan öz ərazisinin digər hissəsinə giriş imkanı tələb etməkdə tamamilə haqlıdır və bu yolu bağlayan tərəf imtina edəcəyi halda Azərbaycan istənilən üsullarla - Beynəlxalq Məhkəmə vasitəsilə və ya hərbi yolla bu yolu açmaq hüququna malikdir. Heç bir beynəlxalq orqan buna görə ölkəmizi qınamayacaq və yolu bağlayan dövlətin başını sığallamayacaq.

Başqa bir misal. Belçikanın 22 anklavından ibarət olan və Niderlandın əhatəsində yerləşən, əhalisinin sayı 9 min nəfər olan Barle-Hertoq (Baarle-Hertog) qəsəbəsi. Vikipediyaya müraciət edib bu yaşayış məntəqəsi barədə məqaləni oxuyun. Təsəvvür edin ki, Avropa İttifaqı dağılır, Şengen Sazişi qüvvədən düşür, Niderland və Belçika hökumətləri bu qəsəbənin bir küçəsindən digərinə keçənlər üçün gömrük və pasport yoxlamaları tətbiq edirlər! Bu ki, cəfəngiyyatdır! Belə olan təqdirdə Azərbaycanın Ordubad və Ağbənd yaşayış məntəqələri arasında yolun girəcəyində və çıxışında hansısa absurd pasport-gömrük maneələri nəyə görə mövcud olmalıdır!

Sabah İtaliya və Cənubi Afrika Respublikası, müvafiq surətdə San-Marino, Vatikan və Lesoto üçün özlərinin suveren hüquqlarını elan etsələr, viza və gömrük rejimi tətbiq etsələr, onda necə? Deyək ki, elə BMT-nin Təhlükəsizlik Şurasında buna münasibət necə olar? Onlar Romanın və Pretoriyanın suverenliyini dəstəkləyəcəklərmi, onlara rəğbət bildirəcəklərmi? Məgər naxçıvanlılar lesotolulardan az hüquqlara malik olmalıdırlar?

Naxçıvan Azərbaycandır, Zəngəzur isə tarixi Azərbaycanın bir hissəsi - cinayətkar geosiyasi mülahizələrə görə Ermənistana verilmiş hissəsidir. Fikir verin - xalqın torpağı bir ovuc bolşevik tərəfindən həmin xalqı coğrafi baxımdan bölmək üçün başqa xalqa verilir və bu, açıq-aydın, məqsədyönlü şəkildə edilir. Üstəlik, bu barədə öz teleqramlarında açıq-aydın yazır və buna görə xəcalət də çəkmədən, hansısa “geosiyasi əsaslar” uydururlar! Sonra həmin hakimiyyət yerli əhalini oradan qovur.

İndi 44 günlük müharibənin nəticələrinə əsasən Ermənistan kapitulyasiya edib və digər dövlətin əsas (və ya materik) hissəsi ilə ondan ayrı salınmış eksklav arasında bütün yolboyu mövcud maneələri aradan qaldırmağı öhdəyə götürüb. İmzalamısınız - zəhmət çəkin, yerinə yetirin! İndi mənasını özünüz də bilmədiyiniz “eksterritoriallıq” və “dəhliz məntiqləri” barədə bu mənasız və irrelevant söhbətlər nəyə lazımdır! Heç kəs sizin ərazinizi ilhaq etməyə hazırlaşmır (hərçənd, bu ərazi tarixən bizimkidir), heç kəs hər hansı başqa formada sizin hüquqlarınızı tapdalamağa hazırlaşmır. Xüsusən ona görə ki, bütün dəhliz boyunca nəzarət Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinə mənsub olacaq. Sizdən bircə şey tələb olunur, kapitulyasiya zamanı öz üzərinizə götürdüyünüz öhdəliklər paketini yerinə yetirin - yolları açın və həm yolun girişində və çıxışında, həm də bütün yol boyunca maneələr yaratmayın. Siz sənəddən öz imzanızı götürə bilməzsiniz, həmçinin həmin sənəddəki “maneəsiz” sözünü də götürə bilməzsiniz. Bu, açar sözdür!

Qonşu dövlətlərin narahatlığı məsələsinə gəldikdə isə, buna ən yaxşı cavabı Azərbaycan Xarici İşlər Nazirliyi verib. Zəngəzur dəhlizi coğrafi dəyişikliklər edilməsini və kiminsə Ermənistan ilə ortaq sərhəddən məhrum edilməsini nəzərdə tutmur. Yaxşı ki, bəşəriyyət estakada kimi bir ixtira edib. Siz də estakada düzəldin, oradan keçməklə alış-veriş edin, bazar olsun.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib