Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bir kəmər – bir yol”: yeni dünya nizamı və təhlükəsizlik problemləri kontekstində

“Bir kəmər – bir yol”: yeni dünya nizamı və təhlükəsizlik problemləri kontekstində

Pekində böyük bir forum keçirilib. Çin rəhbərliyi 2013-cü ildə "Bir kəmər - bir yol" adlı maraqlı layihə irəli sürüb. Bunu Prezident Si Cinpin ilk dəfə Qazaxıstana olan səfərində ifadə edib. İdeya sürətlə dünyada geniş yayılıb. Doğurdan da, rəsmi Pekinin təklifində böyük bir geosiyasi məkanı əhatə edən nəhəng əməkdaşlıq potensialı mövcuddur. Eyni zamanda, bu layihə sivilizasiyalar və mədəniyyətlər arasında əlaqələri inkişaf etdirməklə birbaşa bağlıdır. Pekində keçirilən tədbirə 130-dan çox ölkədən nümayəndələrin gəlməsi bu aspektdə təəccüblü deyil. Bundan başqa, Çin rəhbəri forum çərçivəsində Pekinin 30-dan çox ölkə ilə əməkdaşlıq sənədi imzalayacağını bəyan edib. Ekspertlər buna da xüsusi önəm verirlər. Lakin məsələyə daha geniş prizmadan yanaşdıqda meydana bir sıra maraqlı suallar çıxır.

Çin dalğası: dünyada nələri dəyişə bilər?

Dünya siyasətində Çin faktorunun təsirinin getdikcə artdığı artıq etiraf edilir. İndi ekspertlər Pekinin dünya lideri olub-olmayacağı məsələsini müzakirə edirlər. Geosiyasi proseslərin ziddiyyətləri və mürəkkəbliyi fonunda bu məsələ daha da aktuallaşıb. Xüsusilə ABŞ-Rusiya münasibətlərinin yeni bir gərginlik səviyyəsinə yüksəlməsi Çinin bu rəqabətdə hansı mövqeyi tutmasına marağı çoxaldıb. May ayının 14-15-də Pekində "Bir kəmər - bir yol" forumunun keçirilməsi vurğulanan kontekstdə ekspertlərin diqqətini çox çəkib.

Tədbirin açılışında çıxış edən Çin dövlət başçısı Si Cinpin, ümumiyyətlə, bu ideyanın əsas qayəsini ifadə edib. 130-dan çox dövlətin təmsilçilərinin iştirak etdiyi böyük forumda Si Cinpinin layihənin konseptual və strateji aspektlərindən bəhs etməsi ciddi əks-səda doğurub. Çin rəhbəri bu layihənin sadəcə ticari-iqtisadi və ya nəqliyyat sahəsində geniş əlaqə şəbəkəsi yaratmaqla məhdudlaşmadığını ayrıca vurğulayıb. Burada başlıca məqam onun bir sivilizasiya hadisəsi olduğunu qəbul etməklə bağlıdır.

Bu kontekstdə Si Cinpin deyib: "Biz müxtəlif ölkələrin parlamentləri, siyasi partiyaları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı gücləndirməliyik... Biz, həmçinin beynəlxalq antikorrupsiya əməkdaşlığını gücləndirməliyik ki, "Bir kəmər - bir yol" yüksək etik standartları olan layihəyə çevrilsin... Bu layihə müxtəlif sivilizasiyaları birləşdirən yol olmalıdır" (bax: Си Цзиньпин призвал парламенты стран Шелкового пути к сотрудничеству / "РИА Новости", 14 may 2017).

Bu fikirlərdə, əslində, Çinin xarici siyasətinin strategiyasının əsas elementi ifadə edilib. Si Cinpinin dediklərindən belə çıxır ki, "Yeni İpək Yolu", əslində, dünyanın geosiyasi nizamının yeniləşməsinin səmərəli mexanizmi kimi qəbul edilməlidir. Çünki burada başlıca hədəf özlüyündə iqtisadi, ticari, yaxud nəqliyyat sferalarında əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdan ibarət deyil.

Bu proseslərin əsasında qlobal geosiyasətin ruhunu yeniləmək, bütün regionlar arasında inteqrasiyanın sağlam təməllər üzərində inkişaf etdirilməsinə nail olmaq, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu həyata keçirmək, ölkələri, xalqları, onların hakimiyyət orqanlarını bir-birinə daha yaxın etmək və təhlükəsizlik sistemini formalaşdırmaq əsas hədəfdir. Bunlar isə bütövlükdə geosiyasi nizamı yeni səviyyədə yaratmaq deməkdir.

Belə çıxır ki, Pekində keçirilən forum strateji geosiyasi hədəflərlə sıx bağlı olub. Maraqlıdır ki, Rusiya Çinin bu aparıcı rolu ilə tam razılaşdığını nümayiş etdirib. Tədbirdə ikinci çıxış edən Vladimir Putin Moskvanın "Yeni İpək Yolu" layihəsini aktual hesab etdiyini birmənalı vurğulayıb. Eyni zamanda, Rusiya Prezidenti bu geniş layihəni həyata keçirməyin xeyli mürəkkəb olduğunu da qeyd edib. Deməli, Kreml öz marağını gözləməklə Pekinin bu təşəbbüsünə dəstək verəcək.

Burada bir incə məqamı vurğulamaq gərəkdir. Si Cinpin müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və iqtisadi sistemlərin əməkdaşlığından danışıb, V.Putin isə özünün aparıcı olduğu regional inteqrasiya formatlarının inkişaf etdirilməsi zərurətini xüsusi qeyd edib. O cümlədən Avrasiya İqtisadi İttifaqının (Aİİ) digər regional təşkilatlarla əlaqələrinin möhkəmlənməsi lazımlığını vurğulayıb. Bu sırada V.Putin, ilk olaraq, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), ASEAN və BRİKS-in adını çəkib.

Bir sıra ziddiyyətlər: yeni həll formulu yoxdursa...

Məqsəd aydındır. Moskva və Pekin özlərinin nəzarət etdikləri inteqrasiya modellərinin dünyada çəkisini artırmaqla liderliyə nail olmağa çalışırlar. Ümumiyyətlə, tamamilə normal bir istəkdir. Lakin müəyyən cəhətləri unutmaq olmaz. Məsələn, Aİİ-yə üzv olan Ermənistan qonşu Azərbaycanın ərazisinin 20 faizini zəbt edib, uzun illərdir ki, işğal altında saxlayır. Lakin təəssüf ki, Aİİ bu məsələnin siyasi liderlərin tez-tez vurğuladıqları qərəzsiz, ədalətli, haqlı və xoş niyyətlərə əsaslanan həllini reallaşdırmayıb. Əgər Aİİ başlanğıcda bu cür ikili standartlara uyğun hərəkət edirsə, onun başqa regional təşkilatlardan fərqi nədədir? Hansı meyarlara görə Aİİ, ŞƏT, ASEAN və ya BRİKS Qərbin nəzarət etdiyi beynəlxalq təşkilatlardan bu kimi məsələlərə münasibətdə fərqlənirlər? Biz bu fərqi görə bilmirik.

O halda Hindistan Xarici İşlər Nazirliyinin Çində keçirilən forumu niyə boykot etdikləri ilə bağlı bəyanatını xatırladaq. Hindistan XİN-in nümayəndəsi Qopal Baqlay bəyan edib ki, "dünyanın heç bir ölkəsi onun ərazi bütövlüyü və suverenliyinə aid olan ən vacib problemləri inkar edən layihəni qəbul etməz" (bax: Индия отказалась участвовать в форуме "Один пояс - один путь" в Китае / "РБК", 14 may 2017). Eyni fikri Azərbaycan tərəfi istənilən beynəlxalq təşkilatlarla əlaqələr kontekstində deyə bilər və buna tam haqqı vardır.

Azərbaycan ümumi halda bütün əməkdaşlıq formatlarına açıq ölkədir. Onun "Yeni İpək Yolu"nda aktiv iştirakı da sirr deyil. Lakin indidən bir sıra ölkələrdə "Yeni İpək Yolu" ilə bağlı təhrif olunmuş təsəvvürlər özünü göstərirsə, müəyyən ayrı-seçkilik tendensiyası hiss edilirsə, bu gözəl ideyanın iflası qaçılmaz ola bilər. Bu kontekstdə bir sıra ölkələrin KİV-lərinin xüsusi pafosla ABŞ, Avropanın bəzi ölkələrinin və Yaponiyanın bu layihədən kənarda qala biləcəyini ayrıca tonla vurğulaması, doğrudanmı, ədalətli, ümumbəşəri mövqedir və qlobal miqyasda dünyanın sabitliyə qovuşmasına xidmət edir? Biz inanmırıq, çünki bu kimi mövqedə daha çox dünyaya ağalığın Qərbin əlindən öz əlinə keçirilməsi niyyəti dayanır. Qalan söylənənlər baş aldatmaqdan ibarətdir. Bu səbəbdən Çin rəsmiləri bəri başdan bu ikili yanaşmaları aradan qaldırmasalar, "Yeni İpək Yolu" da "Qədim İpək Yolu" kimi arxivə atılacaq!

Müxtəlif regional inteqrasiya formatlarının arasında əlaqələrin artırılması ideyası yuxarıda vurğulanan özəlliklər fonunda çox maraqlı görünür. Qlobal səviyyədə real olaraq əməkdaşlığa yol məhz regionlararası əlaqələrin inkişafından keçir. Ancaq bu məsələ də son nəticədə ciddi bir problemin həlli ilə sıx bağlıdır. Əgər söhbət sivilizasiya hadisəsindən gedirsə, İslam faktoruna münasibət konkretləşdirilməlidir. O cümlədən hazırda Yaxın Şərqdə baş verənlərə obyektiv qiymət verilməli, orada qan tökülməsi dayandırılmalıdır. Əgər Çin təşəbbüs sahibi kimi bunu etmək istəmirsə, onda vahid zolaq, yaxud vahid yol necə yarana bilər?

Reallıq ondan ibarətdir ki, dünyanın geosiyasi nizamı Yaxın Şərqdən başlayaraq dağıla-dağıla gedir. Nizamsızlıq, xaos, terror Yaxın Şərqdən üç istiqamətə - Mərkəzi Asiya-Əfqanıstan, Afrika və Avropaya yayılmaqdadır. Burada Avrasiyanın, ilk növbədə, isə Rusiyanın da hədəf olduğu sirr deyil. Hesab edək ki, bu məsələni Qərb həll edə bilmir və ya istəmir. Ancaq proses genişlənir və "Yeni İpək Yolu"nun təşəbbüskarı bu prosesi necə dayandırmaq barədə düşünmür. Onda hansı məkanda, hansı sabit ölkələrlə əməkdaşlıq edəcəksən? Deyək ki, Azərbaycan və ya Türkiyəni qarışdırmaq istəyənlər mövcuddur, terrorun bu ölkələrə vurduğu ziyanı hamı bilir, lakin onlara qarşı obyektiv münasibət yaranmır. Bəlkə İran xəttinə üstünlük verəcəklər? Axı oranı da müəyyən dairələr hədəfə alıblar və sabitliyi pozmaqda qərarlıdırlar.

Deməli, Pekin və ona yaxın olan bir sıra dövlətlər nə qədər alternativlikdən, sivilizasiyalararası dialoqdan, əməkdaşlıqdan danışsalar da, müasir dünyanın ziddiyyətlərini qulaqardına vura bilməzlər. Nə qədər ki, həmin problemlərin həlli ilə bağlı səmərəli və reallaşa bilən yanaşma ortaya qoyulmayıb, ən gözəl əməkdaşlıq ideyası belə yarımçıqdır. Onun reallaşması mümkün görünmür. O cümlədən "Bir kəmər - bir yol" layihəsinin!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: "Sabah" - “Slaviya Praqa” oyununda ikinci hissə başlayıb – YENİLƏNİB 2

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov