Bir qrup hərbi qulluqçuya polkovnik hərbi rütbəsi verilib
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi xidmətdə fərqlənən bir qrup zabitə polkovnik hərbi rütbəsi verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə keçirilən tədbirdə müdafiə naziri rütbələrə təqdim olunan hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.
“Qarşıda torpaqlarımızın işğaldan azad olunması vəzifəsi dayanır. Siz də Silahlı Qüvvələrimizin bütün şəxsi heyəti kimi, Ali Baş Komandanın və xalqımızın etimadını doğruldaraq bu müqəddəs vəzifənin yerinə yetirilməsinə hazır olmalısınız”, - deyə müdafiə naziri vurğulayıb.
Təltif olunan zabitlər göstərilən etimada görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Şəxsi heyət rütbələrə təqdim olunmalarının Novruz bayramı ərəfəsinə təsadüf etməsindən qürur duyduqlarını və hərbi xidmətə daha da məsuliyyətlə yanaşacaqlarını diqqətə çatdırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:14]
“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib
- 11.06.2026 [09:27]
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 10.06.2026 [18:17]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [15:21]
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
- 10.06.2026 [12:15]
Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]