Birinci yarımildə Avropa İttifaqında təbii qazın qiyməti azalıb
Berlin, 29 oktyabr, AZƏRTAC
Avropa İttifaqında (Aİ) təbii qazın qiyməti bu ilin birinci yarısında 8,1 faiz azalıb.
AZƏRTAC Aİ-nin Statistika İdarəsinin (Eurostat) məlumatına əsasən xəbər verir ki, 100 kVt-saat qazın qiyməti ilk altı ayda 12,44 avrodan 11,43 avroya düşüb.
Qazın yekun qiymətində vergilərin və rüsumların payı 2024-cü ilin ikinci yarısında 30 faizdən bu ilin birinci yarısında 31,1 faizə qalxıb. Bu, əvvəlki dövrlərdə tətbiq olunan vergi endirimləri və subsidiya mexanizmlərinin tədricən azaldığını göstərir.
Aİ məkanında təbii qazın ən yüksək qiyməti (100 kVt-saat üçün 21,30 avro) İsveçdə qeydə alınıb. Sonrakı yerlərdə Niderland (16,17 avro) və Danimarka (13,06 avro) gəlir. Ən aşağı qiymətlər isə Macarıstanda (3,07 avro), Xorvatiyada (4,61 avro) və Rumıniyada (5,59 avro) müşahidə olunub.
Ötən ilin birinci yarısı ilə müqayisədə milli valyutada ən böyük qiymət artımı Estoniyada (+23,9 faiz), Bolqarıstanda (+23,6 faiz) və İsveçdə (+20,9 faiz), ən çox ucuzlaşma isə Sloveniyada (-12,7 faiz), Avstriyada (-11,5 faiz) və Çexiyada (-10,9 faiz) qeydə alınıb.
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]