Birləşmiş Ştatların neft ehtiyatları kəskin artıb
Bakı, 13 avqust, AZƏRTAC
ABŞ-nin kommersiya xam neft ehtiyatları artır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 17 milyon 400 min barel artaraq 424 milyon 400 min barel olub. Bu, 2023-cü ilin yanvar ayından bəri ən böyük həftəlik artımdır. Bazar proqnozları ehtiyatların 1 milyon 700 min barel azalacağı istiqamətində idi.
Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 6 milyon 100 min barel geriləyərək 298 milyon 700 min barel olub. Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 1 milyon barel azalaraq 208 milyon 700 min barel təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]