Bişkekdə Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Bişkek, 5 noyabr, AZƏRTAC
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.