BMT 2020-ci ildə sərmayələrin həcminin 40 faiz azalmasını proqnozlaşdırır
Madrid, 16 iyun, AZƏRTAC
Pandemiya nəticəsində əmələ gələn böhran səbəbindən 2020-ci ildə birbaşa xarici sərmayələrin 40 faiz azalacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) proqnozlarına görə, sərmayələrin həcmi yalnız 2022-ci ildə artacaq. Əgər UNCTAD-ın proqnozu təsdiqlənərsə, bu o deməkdir ki, xarici sərmayələr təqribən 600 milyard dollar (533 milyard avro) təşkil edəcək və bu da son 17 il üçün ən pis göstərici olacaq.
İnkişaf etmiş ölkələr daha çox əziyyət çəkəcəklər: Avropada investisiyaların 30-45 faiz, Şimali Amerikada isə 35 faiz azalacağı gözlənilir.
UNCTAD-ın baş katibi Muhisa Kituyinin sözlərinə görə, perspektivlər qeyri-müəyyəndir və bir çox halda səhiyyə sahəsində böhranın davamlılığından və pandemiyanın iqtisadi fəsadlarının yumşaldılmasına istiqamətlənən siyasətin səmərəliliyindən asılıdır.
Sərmayələrin həcminin azalmasından ən çox əziyyət çəkən regionun Latın Amerikası olacağı gözlənilir. 2019-cu illə müqayisədə xarici kapital axınının azalması Asiya ölkələrində 45 faiz, Afrikada 25 faizdən 40 faizədək təşkil edəcəyi halda, Latın Amerikası regionunda bu göstərici 50 faizə çata bilər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]