BMT-NİN DİN VƏ ƏQİDƏ AZADLIĞI ÜZRƏ XÜSUSİ MƏRUZƏÇİSİ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK
Təşkilatın Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, səfərdən məqsəd respublikamızda din və əqidə azadlığı durumunun qiymətləndirilməsi və BMT Baş Məclisinin qəbul etdiyi “Din və əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarının ləğvi” Bəyannaməsinin maddələrinin həyata keçirilməsini təhlil etməkdir.
BMT təmsilçisi müvafiq hökumət orqanları, qeyri-hökumət təşkilatları və dini icmaların nümayəndələri ilə görüşəcəkdir.