BMT-nin Əfqanıstandakı missiyasının nümayəndələri qətlə yetirilib
Tehran, 12 fevral, AZƏRTAC
İran beynəlxalq aləmin diqqətini Əfqanıstanda baş verən terror aksiyalarına yönəltməyə çalışır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səis Xətibzadə deyib.
O bildirib ki, rəsmi Tehran BMT-nin Əfqanıstandakı missiyasının əməkdaşlarının qətlə yetirilməsini qətiyyətlə pisləyir və bu kimi hallara son qoyulmasını tələb edir.
Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhərindən paytaxt Kabil istiqamətində hərəkət edən BMT-nin missiyasına məxsus iki avtomobil yolda atəşə tutulub. Avtomobillərdən birinin sürücüsünün həlak olması nəticəsində nəqliyyat vasitəsi yüksəklikdən çaya düşüb. Nəticədə BMT missiyasının beş üzvü ölüb.
Hadisə yerinə gələn polis və xüsusi xidmət orqanları araşdırma aparırlar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]