BMT-nin İnsan Haqları Şurası Misirin hesabatını müsbət qiymətləndirib
Qahirə, 13 mart, AZƏRTAC
BMT-nin İnsan Haqları Şurası (UNHRC) Misirin insan hüquqları və azadlıqları sahəsində hesabatını təsdiqləyib və ölkədə bu sahədə müsbət istiqamətdə dəyişikliklər olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, UNHRC-in iclasında Misir hakimiyyətinin təşkilatın tövsiyələrinə əməl etdiyi vurğulanıb. "Hesabat ölkənin insan haqları sahəsində əməkdaşlığının konstruktiv olduğunu və beynəlxalq standartlara cavab verdiyini göstərir", -deyə təşkilatın məlumatında qeyd olunur. UNHRC əlavə edib ki, Misir BMT ilə bu sahədə ən sıx əməkdaşlıq edən ölkələrdən biridir və rəsmi Qahirə ötən il uşaq və yaşayış hüquqları, iqtisadi və sosial öhdəliklərə dair beş hesabat təqdim edib.
Misirin hesabatını BMT üzvü olan 136 ölkə bəyənib. Pakistan nümayəndə heyəti Qahirənin insan alverinə qarşı mübarizə, qadın haqlarının qorunması və onlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması sahəsində səylərini qeyd edib. Filippin, Rusiya və Cənubi Koreya isə Misirin qadın sahibkarlığın inkişafı, dayanıqlı iqtisadiyyat, yoxsulluğun aradan qaldırılması və səhiyyə sahələrində səylərini müsbət qiymətləndirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]