BMT-nin Qlobal kommunikasiya strategiyası ilə bağlı fikir mübadiləsi aparılıb
Bakı, 2 may, AZƏRTAC
Nyu-Yorkda BMT Baş Assambleyasının informasiya məsələləri üzrə komitəsinin iclasında iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BMT-nin Baş katibinin Qlobal kommunikasiya məsələləri üzrə müavini Alison Smale ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə BMT-nin Qlobal kommunikasiya strategiyası ilə bağlı fikir mübadiləsi aparılıb.
Hikmət Hacıyev Azərbaycanda medianın azadlığı, BMT-nin məqsəd və məramları, xüsusilə Davamlı İnkişaf Məqsədlərini dəstəkləmək üçün milli səviyyədə görülən işlər barədə məlumat verib.
BMT Baş katibinin müavini Alison Smale hələ jurnalist kimi fəaliyyət göstərdiyi vaxt Azərbaycana səfərlərini, ölkəmizin və xüsusilə paytaxt Bakının inkişafı ilə əlaqədar xoş xatirələrini bölüşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [08:03]
Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb VİDEO
- 14.07.2026 [18:29]
Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir
- 13.07.2026 [16:46]
Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]