BMT TƏHLÜKƏSİZLİK ŞURASI İRANA QARŞI SANKSİYALARA BAXMAZDAN ƏVVƏL BAŞQA VASİTƏLƏRİ ÖYRƏNƏCƏK
Bundan bir gün əvvəl o, İranın bir sıra obyektlərdə, o cümlədən uranın saflaşdırılması üzrə qaz sentrifuqaları kompleksinin yerləşdiyi Natanzadakı mərkəzdə nüvə tədqiqatlarına yenidən başlamaq qərarına vahid cavab hazırlanması üçün Avropa “üçlüyü” XİN başçılarının Berlində təcili çağırılan görüşündə iştirak etmişdir.
Britaniya diplomatiyasının başçısı belə bir prinsipial mövqeyi bir daha təsdiqləmişdir ki, “heç kim İrana müdaxilədən və ya İrana qarşı hərbi əməliyyatdan danışmır”.