BNA ağacəkmə aksiyası keçirəcək
Bakı, 13 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyinin (BNA) birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçiriləcək.
BNA-dan AZƏRTAC-a bildirilib ki, aksiya zamanı vətəndaşlar minimum 5 litr tutumu olan şüşə tullantı və ya 10 işlənmiş batareya təhvil verərək əvəzində ağac tingləri əldə edə biləcəklər.
BNA hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkməyə və qorumağa, eyni zamanda tullantıların təkrar emalına dəstək olmağa çağırır.
Aksiya martın 15-də saat 11:00-da Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [18:43]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:33]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [17:42]